Cover Image for SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"
Cover Image for SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"

SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"

Hosted by Zarifa A & Masud Alisoy
Registration
Registration Closed
This event is not currently taking registrations. You may contact the host or subscribe to receive updates.
About Event

​Bəzən bir insanı tanımaq üçün sadəcə bir sual belə kifayət edir: “Ən sevdiyin film hansıdır?”

​“SevilFest”də KYNO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək bu xüsusi tədbirdə klassik tanışlıq suallarını bir kənara qoyuruq və söhbətə filmlərdən başlayırıq.

​

​İştirakçılar qısa görüşlər zamanı bir-birilə tanış olacaq, vaxt tamam olduqca isə masalar dəyişəcək və yeni söhbətlər başlayacaq. Sevdiyin janrlar, haqqında saatlarla danışa biləcəyin rejissorlar, dönə-dönə baxdığın filmlər və ya heç cür sevmədiyin məşhur klassiklər bu görüşlərin əsas mövzusu olacaq.

​

​Burada özünə yeni festival yoldaşı, uzun kino söhbətlərinin həmsöhbətini və ya eyni filmə səninlə eyni səbəbdən vurulan birini tapa bilərsən.  ✨

​

​Kino zövqünə güvənən bütün kinomanlar dəvətlidir!

​📅 8 iyul

​🕢 19:30

​📍 Double Eleven

​Tədbir ödənişlidir. Bir nəfər üçün ödəniş 20 AZN-dir. Buna “Welcome drink” daxildir.

​Yaş məhdudiyyəti: +18

​Təsdiq edildikdən sonra sizinlə əlaqə saxlayacağıq.

Location
Double Eleven Cocktail & Wine Bar
6C Haji Zeynalabdin Taghiyev St, Baku 1001, Azerbaijan