Cover Image for SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"
Cover Image for SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"

SevilFest x KYNO: Kinomanlar üçün "Speed Dating"

Hosted by Zarifa A & Masud Alisoy
Registration
Approval Required
Your registration is subject to host approval.
Welcome! To join the event, please register below.
About Event

Bəzən bir insanı tanımaq üçün sadəcə bir sual belə kifayət edir: “Ən sevdiyin film hansıdır?”

“SevilFest”də KYNO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək bu xüsusi tədbirdə klassik tanışlıq suallarını bir kənara qoyuruq və söhbətə filmlərdən başlayırıq.

İştirakçılar qısa görüşlər zamanı bir-birilə tanış olacaq, vaxt tamam olduqca isə masalar dəyişəcək və yeni söhbətlər başlayacaq. Sevdiyin janrlar, haqqında saatlarla danışa biləcəyin rejissorlar, dönə-dönə baxdığın filmlər və ya heç cür sevmədiyin məşhur klassiklər bu görüşlərin əsas mövzusu olacaq.

Burada özünə yeni festival yoldaşı, uzun kino söhbətlərinin həmsöhbətini və ya eyni filmə səninlə eyni səbəbdən vurulan birini tapa bilərsən.  ✨

Kino zövqünə güvənən bütün kinomanlar dəvətlidir!

📅 8 iyul

🕢 19:30

📍 Double Eleven

Tədbir ödənişlidir. Bir nəfər üçün ödəniş 20 AZN-dir. Buna “Welcome drink” daxildir.

Yaş məhdudiyyəti: +18

Təsdiq edildikdən sonra sizinlə əlaqə saxlayacağıq.

Location
Double Eleven Cocktail & Wine Bar
6C Haji Zeynalabdin Taghiyev St, Baku 1001, Azerbaijan