

Angel Investment Academy June 2026 Cohort Finale
Qonağımız Jana xanım Avropa investisiya ekosisteminin tanınmış simalarından biridir. Jana uzun illərdir erkən mərhələli startuplara investisiyalar, startup ekosisteminin inkişafı və investor sindikatlarının qurulması istiqamətində fəaliyyət göstərib. Hazırda o, BSV Ventures-də Partner, Estonian Business Angels Network-da isə idarə heyətinin üzvüdür.
Tədbir çərçivəsində Jana:
• Erkən mərhələli investisiyanın əsas prinsiplərini və investor yanaşmalarını
• Perspektivli startup və founder-lərin necə qiymətləndirildiyini
• Real problemləri həll edən bizneslərin qurulması və investisiya cəlb etmə strategiyalarını paylaşacaq
Bu görüş həm investisiya dünyasına yeni addım atanlar, həm də startup ekosistemi ilə daha yaxından tanış olmaq istəyən şəxslər üçün dəyərli networking və təcrübələrini bölüşmə imkanı yaradacaq.
İnvestisiyalar ilə maraqlanırsınızsa, bizə qoşulun. Özünüzlə bərabər tədbirə marağı olan şəxslər də dəvət edə bilərsiniz. Qonaqlarınızın da aşağıda təqdim olunan keçid vasitəsilə qeydiyyatdan keçməsini xahiş edirik.
Tədbirdə iştirak ödənişsizdir.
Məkan: INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi, 79 Z. Nudiraliyev str, Bakı
Tarix: 06 İyun 2026
Vaxt: 10:00 – 13:00