Cover Image for Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu: "Smart City Technology and Process"
Cover Image for Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu: "Smart City Technology and Process"
Avatar for Az Diaspora
Presented by
Az Diaspora
31 Going

Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu: "Smart City Technology and Process"

Registration
Approval Required
Your registration is subject to host approval.
Welcome! To join the event, please register below.
About Event

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu artıq sadəcə bir tədbir deyil - sürətlə böyüyən və təsir dairəsini genişləndirən bir mühəndislik platformasına çevrilir.

Bu il Forumun üçüncü dəfə təşkil olunması və ona marağın hər keçən gün artması göstərir ki, başladığımız təşəbbüs artıq real bir hərəkata çevrilib. Bu isə bizim məsuliyyətimizi daha da artırır.

2024-cü ildə Berlində “Avropada çalışan azərbaycanlı mühəndisləri tanıyaq və bir araya gətirək” ideyası ilə başladığımız bu yol, bu gün Avropa və Azərbaycandan yüzlərlə mühəndisi, dövlət qurumlarını, universitetləri və aparıcı şirkətləri birləşdirən güclü bir ekosistemə çevrilməkdədir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 6 iyun tarixində Hamburq şəhərində keçiriləcək Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu bu il “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” mövzusuna həsr olunacaq.

Forum çərçivəsində artıq növbəti mərhələyə keçirik:

Almaniya və Azərbaycandan dövlət qurumları və özəl sektor nümayəndələri öz sahələri üzrə təqdimatlar edəcək, alman təcrübəsi və praktik bilikləri ilə çalışan azərbaycanlı mühəndislərlə konkret əməkdaşlıq imkanlarını və ortaq layihələri müzakirə edəcəklər.

Bu Forum sadəcə müzakirə platforması deyi artıq ideyaların layihəyə, əlaqələrin tərəfdaşlığa çevrildiyi yerdir.

Gələcəyin texnologiyalarını formalaşdıran bu platformanın bir parçası ol.

Qeydiyyat linki:

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu

Location
Catholic Academy Hamburg
Herrengraben 4, 20459 Hamburg, Germany
Konfrans otağı: Auditorium
Avatar for Az Diaspora
Presented by
Az Diaspora
31 Going