Cover Image for Code Inspiration Days | Sabir Alizada ilə görüş
Cover Image for Code Inspiration Days | Sabir Alizada ilə görüş
Hosted By
8 Going

Code Inspiration Days | Sabir Alizada ilə görüş

Hosted by Code Academy
Registration
Welcome! To join the event, please register below.
About Event

Bakıdan başlayıb dünyaya çatan bir mühəndislik hekayəsi ✨

Code Inspiration Days seriyasının növbəti qonağı Sabir Alizadədir. O, Bakıda doğulan, iki dəfə startap təsisçisi olan və son on ildir internet miqyasında AI və infrastruktur qurmaqla məşğul olan bir mühəndisdir.

Sabirin yolu Bakı Dövlət Universitetindən başlayıb, sonra e-Government Development Center və Simbrellaya, oradan RWTH Aachen-a və sonra isə Careem, Meta və WhatsApp-da mühəndislik vəzifələrinə doğru irəliləyib. WhatsApp-da business messaging istiqamətinə rəhbərlik edib və bir milyarddan çox istifadəçiyə çatan məhsula imza atıb.

Hal-hazırda Sabir yeddi fərqli sənaye sahəsində korporativ müştərilərlə işləyən Contextpath-ın həmtəsisçisi olmaqla bərabər, digər komandalara fractional CPO/CTO kimi məsləhət verir və UK Global Talent vizasının sahibidir.

Bu görüşdə nələr danışılacaq:

🔹 Bakıdan başlayıb Meta və WhatsApp-a gedən yol

🔹 Milyard istifadəçili məhsullar qurmaq nə deməkdir?

🔹 İki dəfə startap təsis etməklə öyrəndiyi dərslər və səhvlər

🔹 AI sahəsində sıfırdan startap necə qurmaq olar?

🔹 UK Global Talent vizası və beynəlxalq mühəndislik karyerası haqqında

🔹 Canlı sual-cavab sessiyası

Bu söhbət xaricdə karyera düşünən, startap qurmaq istəyən və ya global miqyaslı məhsulların necə qurulduğunu öyrənmək istəyən hər kəs üçün nadir bir fürsətdir.

Yerlər məhduddur. İndi qeydiyyatdan keçin! ✨

Location
Code Academy
Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə, Baku 1000, Azerbaijan
Hosted By
8 Going